AZ EN RU

“1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Yol hərəkəti qaydalarını uşaqlardan öyrənək” adlı maarifləndirici aksiya keçirilib

Naxçıvan MR Daxili Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşlilatçılığı ilə şəhərin küçə və prospektlərində “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Yol hərəkəti qaydalarını uşaqlardan öyrənək” adlı maarifləndirici aksiya keçirilib.
Keçirilən layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub.
Polis geymində olan azyaşlılar yol hərəkəti iştirakçıları ilə yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri mövzularında söhbətlər apararaq,  maarifləndirici bukletlər təqdim ediblər.
Yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyyəsi ilə məsləhətlər veriblər.  
Həmçinin baş tutan aksiyada sürücülərə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyyələr verilib.

Nəşr edilib : 01.06.2024 16:00