AZ EN RU

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbirlər keçirilib

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
    1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə  təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
    Sonra Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə mərkəzin kollektivi və valideynlər adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
    Tədbirdə mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak ediblər.
    Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

***

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və uşaq hüquqları” mövzusunda tədbir keçirilib. 

     Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub. 
    Sonra İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının əməkdaşı Vahidə Bayramova və Təhsil Nazirliyinin əməkdaşı Mətanət Əliyeva çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
    Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının əməkdaşı Asiman Abbasov “Uşaqların üstün maraqlarına dair beynəlxalq normalar”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Babayeva “Ümummilli Lider Heydər Əliyevin dövlət uşaq siyasəti” və Təhsil Nazirliyinin əməkdaşı Aygül Məmmədova “Uşaqların təhsil hüququnun formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış ediblər. 
    Sonda muxtar respublikada hüquqi maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hazırlanaraq nəşr edilən “Sağlamlıq imkanları məhdud uşaqların hüquqi müdafiəsi” adlı məlumat kitabçası tədbir iştirakçılarına paylanılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

 

Nəşr edilib : 31.05.2023 21:18