AZ EN RU

"1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası" gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

1 avqust 2023-cü il tarixdə Ordubad rayon Mədəniyyət evində Ordubad Rayon İcra Hakimiyyəti, Ordubad rayon Mədəniyyət İdarəsi və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Həydər Əliyev ili" çərçivəsində "1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası " gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov və Azərbaycan Respublikasının əməkdar müəllimi, Ordubad şəhəri 3 saylı tam orta məktəbin direktor müavini Tağıyeva Səkinə çıxış edərək Ulu Öndər Heydər Əliyevin bitkin elmi-nəzəri əsaslara, praktik tətbiqə əsaslanan Azərbaycan dili siyasətinin böyük uğurları, doğma ana dilinin qədim tarixinə, çətin və şərəfli inkişaf yollarına, misilsiz uğurlarına dərindən bələd olan dahi dövlət xadiminin bütün dünya azərbaycanlılarına örnək, nümunə ola biləcək dəyişməz mövqeyi, Ulu Öndərin rəhbərliyi ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı  tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 
Sonda “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Nəşr edilib : 01.08.2023 20:50