Bu dəhliz Naxçıvanın iqtisadi əlaqələri ilə yanaşı, xidmət sektorundakı əməkdaşlığını da inkişaf etdirəcək Ötən il başlanan və 44 gün davam edən Vətən müharibəsində ölkəmiz işğal altındakı torpaqlarını azad etməklə yanaşı, mühüm bir uğura da imza atdı. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 10 noyabr anlaşma..
Hər zərrəsindən əcdadımın yaşayış tərzi, həyat ritmi, yaratmaq amalı, tariximin nəfəsi duyulan, ululuq rəmzi, kimliyimin açarı sayılan Azıx mağarasının yerləşdiyi, görkəmli şairimizin adını qürurla, şərəflə daşıyan Füzulim. İllərin nisgilindən, kədərindən təngə gələn sinənin murdar ayaqlardan, yad əllərdən, xain xislətli ürəklərdən, bədnəzərlərdən ..
O, Vətənin vurğunu idi. Bu müqəddəs və əvəzedilməz varlıqla nəfəs alır, ürəyi ilə yazdığı şeirlərini doğma Vətəninə, onun daşına, qayasına, təbiətinə həsr edirdi. Sizcə sevməyən sevilə bilərmi? O, alovlu bir vətəndaş kimi Vətənini sevirdi. Ona görə də el məhəbbətini çoxdan qazanmışdı. Onun şeirləri Vətəninə bəstələnən məhəbbət nəğmələri tək dilimiz..
O zamanlar, hələ uşaq olsam da, yaxşı xatirimdədir. Elə ki payız gəldi, şəhərdən kəndə, ata-baba ocaqlarına üz tutardı oğullar, qızlar. Babamın böyük meyvə bağı, onlarla arı pətəyi, mal-qarası, kənddən bir az uzaqda da “torpaq payı” dedikləri yerdə ona atasından miras qalan çoxlu tut, cəviz ağacları vardı. Oğul-uşaq bir yerə yığışar, həmin bağların..
Payızı məhsul fəsli də adlandırırlar. Çünki insanlar ilboyu çəkdikləri zəhmətlərinin bəhrəsini, əsasən, payız aylarında götürürlər. Həqiqətən də, indi diyarımızın hansı kəndinə üz tutsaq, insanların səhərin erkən saatlarından axşama qədər məhsul tədarükü ilə məşğul olduqlarını görərik. Payız fəslində yetişən, özünəməxsus görünüşü ilə diqqəti cəl..
Bu il “Şərq qapısı” qəzeti 100 yaşını qeyd edir. Naxçıvanın bir əsrlik keşməkeşli tarixinə yaxından şahidlik edən bu qocaman media qurumunun fəaliyyətinə qısaca nəzər salmaq üçün elə qəzetin öz doğma evini ziyarət etdik. Qəzetin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərovdan aldığımız geniş müsahibən..
27 sentyabr 2020-ci il… Bu tarixə aparan yol çox keşməkeşli oldu xalqımız üçün. Ötən 30 ildə neçə-neçə günahsız oğul-uşaq, qoca-cavan mənfur düşmənin hiyləgər oyunlarının qurbanı oldu. Bu 30 ildə kədərləndik, qüssələndik, qəmləndik, köks ötürdük, gözümüz həsrət dolu baxışlarla boylandıqca yollara. Dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalı..
Müəllim… İlk baxışda sadə bir peşəni xatırlatsa da bu söz, dərin bir məna kəsb edir, əslində. Elə bir məna ki onu Platon “Tanrının şah əsəri” olaraq dəyərləndirib, Henri Bruks Adams isə “əbədiyyətə hökm edən insan”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb, Həzrəti Əli isə “mənə bir hərf öyrədənin qulu olmağa hazıram”, – dey..
Vətən müharibəsinin başlanmasının bir ili tamam oldu. O müharibə ki Azərbaycan 30 il ərzində bunun baş verməməsi üçün çox çalışdı, çox səbir etdi. Lakin reallıqlar çox zaman fərqli həqiqətləri ortaya qoyur və hər kəsə seçim etmək imkanı verir. Belə olan tərzdə ölkəmiz də öz seçimini etdi. Azərbaycanın haqq uğrunda savaşı illərdir, zəhərli ideologiy..
Həmkarımız Rauf Əliyev 7 ilə yaxın bir müddətdə doğma “Şərq qapısı” qəzetində çalışıb, öz zəhmətkeşliyi ilə kollektivin hörmətini qazanıb. O, Azərbaycan Dövlət İnformasiya Agentliyinin “AZERTAC” Naxçıvan bürosunun rəhbəri kimi, muxtar respublika ilə bağlı informasiyaların mərkəzi informasiya agentliyində operativ və dolğun çatdırılması istiqamətind..