AZ EN RU

“Xəmsə” milli intellektual oyunu üzrə birincilik təşkil olunub

    Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə gənc partiya üzvləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə Naxçıvan Muxtar Respublika birinciliyi təşkil olunub.

    Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan yarışda əvvəlcə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yola qısaca nəzər salıb, partiyada gənclər ilə bağlı görülən işlərdən danışıb.
    Qeyd olunub ki, birinciliyin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin qeyd edilməsi, gənc partiya üzvləri arasında istedadlı gənclərin üzə çıxarılması və onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir. 
    Sonra oyuna start verilib.
    Birincilikdə Naxçıvan şəhəri və rayonlardan 8 komanda iştirak edib.
    “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda yekun nəticələrə əsasən Naxçıvan şəhərini təmsil edən komanda 4900 xallıq göstərici ilə muxtar respublika birincisi adına layiq görülüb. Culfa rayonunu təmsil edən komanda 4201 xalla ikinci, Kəngərli rayonunu təmsil edən komanda isə 3600 xalla üçüncü sırada qərarlaşıb.
    Qalib komandalara kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.11.2022 18:50