AZ EN RU

Torpağa sevgi, əməyə məhəbbət və yurda bağlılıq məramından yaranan festivaldan maraqlı reportaj

Muxtar respublikamız lap qədim zamanlardan təsərrüfatın inkişafı üçün əlverişli sayılan bölgələrdən olub, zamanla burada, demək olar ki, kənd təsərrüfatının, habelə ailə təsərrüfatlarının bir çox növləri yayılıb və formlaşıb. Bu ənənə bu gün də davam etməkdədir. Böyük məsuliyyət, zəhmət və fədakarlıq tələb edən bu iş dövlət qayğısı ilə birləşdikdə mövcud şərait, necə deyərlər, daha da maraqlı hal alır, asanlaşır, bu sahəyə üz tutanların sayı isə hər ötən gün artır. Sadaladığımız bu fikirləri “Ailə təsərrüfatı məhsulları” festivalının həvəskar, peşəkar zəhmət adamlarından eşitmək isə insan xoşbəxt edir, sevindirir. 

Məlum olduğu kimi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində noyabrın  4-də start verilən və üç gün davam edən “Ailə təsərrüfatı məhsulları”  festivalı bir-birindən maraqlı, yaddaqlan və rəngarəng 3 günü geridə qoydu. Bu müddət ərzində böyük alıcı sıxlığı müşahidə olunan festivala maraq ötən ilkilərə nisbətən daha çox olub. Bu göstərici isə hər il daha da artır. Məlumat üçün qeyd edək ki, festivalda 23 ictimai iaşə obyekti və 130 fiziki şəxs iştirak edib. Muxtar respublikamızın ayrı-ayrı bölgələrinə məxsus müxtəlif çeşiddə məhsuların hazırlanıb satışa çıxarılması, yüksəkkeyfiyyətli məhsullaırn sərfəli qiymətə alıcılara təqdim olunması şəhər sakinləri və qonaqların festivala kütləvi cəlbinə səbəb olub.

Qeyd edək ki, festivalın sonuncu günü “Ailə təsərrüfatı məhsulları” nominasiyası üzrə müsabiqənin nəticələri elan olunub. Nümayiş olunan məhsullar münsiflər heyəti tərəfindən görünüşünə, çeşid müxtəlifliyinə və dadına görə obyektiv qiymətləndirilib. Məhsulları bəyənilən ailə təsərrüfatçılarına birinci, ikinci və üçüncü yerlər üzrə nominasiyalar təqdim olunub. Belə ki, təyin olunan qərara əsasən birinci yerin qalibi Şərur rayon sakini Günay Qasımova, Kəngərli rayon sakini Vüsal Məmmədov, Naxçıvan şəhər sakini Füzuli Xəlilov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öznüməşğulluq proqramı olub. Şahbuz  rayon sakini Hüsniyyə Bağırova, Babək rayon sakini Cəmşid Həsənov, Ordubad rayon sakini Nazim Həsənov ikinci,  Sədərək rayon sakini Nazirə Əliyeva, Culfa rayon sakini Sona Əsgərova və Şərur rayon sakini Məcid Məmmədli isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar təqdim olunub.

  Festivalda əməyi qiymətləndirilən təsərrüfatçılarla həmsöhbət olduq.

Müsabiqədə birinci yerin qaliblərindən olan Şərur rayon sakini Günay Qasımova dedi: Festivala çıxardığım müxtəlif növdə və dadda şirniyyat çeşitləri alıcılar tərəfindən çox bəyənildi. Hər bir zəhmət adamının arzusudur ki, onun əməyi qiymətləndirilsin, necə deyərlər, zəhməti hədər yerə getməsin. Artıq 10 ilə yaxındır ki, öz dolanışığımızı keyfiyyətli məhsullaırmızın satışından təmin edirik, Yaxşı qazanc da var. Təsərrüfatımızda daha çox şirniyyat növlərinə və milli mətbəximizin bir-birindən dadlı yeməklərinə üstünlük veririk. Hesab edirəm ki, təsərrüfat yalnız meyvə-tərəvəz, tingçilik, heyvandarlıqla məhdudlaşmamalıdır. Milli dəyərlərimizin təbliği, onların insanlara düzgün aşılanması hər kəsin borcudur. Festivalda iştirak edən qonaqlara, turistlərə milli mətbəximizin əvəzsiz şirniyyatı olan paxlavanın bişirilmə texnologiyası haqqında danışırq, bu, onların marağına bizim isə sevincimizə səbəb olur. Bununla belə əməyin qiymətləndirilməsi də məni çox xoşbəxt etdi. Düzü, bunu gözləmirdim. Birinci yerin qalibi olduğumu eşidikdə çox şad oldum. Bu məni çox qürurlandırdı. Onu da qeyd edim ki, muxtar respublikamızda qadınlarımızın əməyi hər daim yüksək  qiymətləndirilir bu da biz xanımların işimizə, peşəmizə daha həvəslə bağlanmağımıza sitimul verir. Bizə göstərilən qayğıya görə muxtar respublika rəhbərliyinə dərin minətdarlığımı bildirəm.

Babək rayon Nehrəm qəsəbə sakini ikinci yerin qaliblərindən olan Cəmşid Həsənovla da həmsöhbət olduq. Onun dediklərindən: Hər il festivalda böyük həvəslə iştirak edirəm. Bu il fərqli olaraq bir-birindən keyfiyyətli, dadlı-tamlı 16 növ məhsul nümayiş etdirdik. Yaxşı satış da əldə etdik. Məhsullaırmız xarici qonaqların daha çox diqqətini çəkir. Hətta onların hazırlanma qaydaları barədə bizə sullar veririlər, dərindən maraqlanırlar. Bu cür tədbirlərin təşkili dövlətimizin həm təsərrüfat adamlaırn, həm də insanlara verdiyi dəyərin bariz nümunəsidir. Festival vasitəsi ilə bir ünvandan istənilən məhsulu sərfəli qiymətə almaq mümkündür. Bu isə həm bizim, həm də alıcıların rahatlığını təmin edir. 10 ildən artıqdır bu sahədə çalışmağıma baxmayaraq heç zaman işimdən bezməmişəm, yorulmamışam. Çünki halal zəhmətin olduğu yerdə çəkilən hər əmək insanı gücləndirir. İnanıram ki, növbəti ildə də festivalda fəal iştirak edəcəyəm. Bizə yaradılan bu şəraitə görə və göstərdikləri qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdarlıq edirəm. 

Üçüncü yerin qaliblərindən olan Şərur rayon sakini Məcid Məmmədli də öz fikirlərini bizimlə bölüşdü. O dedi: Əsas hədəf Vətənə məhəbbət, torpağa sevgi, insanlara xidmət olursa hər zaman istədiyinə nail olursan, əməyin hədər getmir. Festivalın fəal iştirakçılarından biri kimi, yaxşı satış əldə etmişik, alıcıların razılığını qazanmışıq. Hər bir təsərrüfat adamı üçün alıcı məmnuniyyəti əsas hədəfdir. Buna da yalnız təmiz vicdan, düz əməl və keyfiyyətli məhsulla çata bilərsən. Yurdumuzun hər bir qarış torpağı səxavətlidir, qayğıkeşdir. Ona zəhmət təri tökənləti ac buraxmaz, bir əkdinsə min götürərsən. Uzun illərdir güzəranımı təsərrüfatdan təmin edirəm, ən yaxın köməkçilərim isə ailə üzvlərimidir. Bu işdə canla-başla xidmət edirik. Bundan sonra da öz işimizin üzərində daha həvəslə dayanacaq, cidd-cəhdlə çalışacağıq. 

Gələn qonaqlar arasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva da var idi. Onun söylədiklərindən:  Muxtar respublikamızda keçirilən bu tədbirlərin hər biri, ümumilkdə, iqtisadiyyatın uğurudur. Hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivallarda iştirak edirəm. Bu mənə mənəvi zövq və aramlıq verir. İnsanların simalarındakı məmnunluğu görmək, ətrafdakı xoş harmoniyanı duymaq, düşünürəm ki, yaradıcı insanlarda daha fərqli təəssüratlar yaradır. Bu festivalda həm də xanımlarımızın və fiziki məhdudiyyəti olan şəxslərin min bir zəhmətlə ərsəyə gətirdiyi, rəngarəng və gözəl əl işləri nümayiş olunur. Daha çox xanımlarımızın dekorativ tətbiqi sənətin incəliklərindən yararlanmaqla hazırladıqları məhsullar diqqətimi çəkir. Əsərlərin hər biri sanki danışır, nə isə pıçıldamaq isdəyir insanlara. Onlara toxunmaq, həmin sənət nümunələrini hazırlayanlarla uzaqdan da olsa tanış olmaq insana zövq verir. Düşünürəm ki, hər kəs bura gəlməli və layiqincə yararlanmalıdır. Onu da deyim ki, tədbir çox maraqlı keçir, qiymətlər isə, həqiqətən də münasibidir. Havanın sərinliyinə baxmayaraq zəhmət insanlarının üzündəki razılıq, sanki qəlblərimizi isidir. Festivalın iştirakçısı və alıcı kimi dövlətimizə öz minnətdarlığımı bildiriəm. 

Yurdumuzda yetişən hər bir məhsul öz keyfiyyəti ilə seçilir. Festivalda iştirak edən yerli əhalinin və xarici qonaqların bu məhsullara böyük maraq göstərməsi, ailə təsərrüfatçıları tərəfindən milli mətbəxtimizin nümayişi, dəyərlərimizin, yaşı minilləri ötmüş təsərrüfat ənənələrimizin təbliği yurda bağlılığın, əməyə səadqətin və Vətənə məhbətin ən gözəl nümunəsidir.  

Bülbül QULİYEVA

Məcid RƏŞADƏTOĞLU 

Nəşr edilib : 07.11.2022 16:13