AZ EN RU

Təlim keçilib

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Təqsirsizlik prezumpsiyasında trasologiya, mövcud problemlər, yol verilən nöqsanlar və həlli üsulları” mövzusunda təlim keçilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri İlqar Mirzəyev tərəfindən keçilən təlimdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev və Kommersiya Kollegiyasının sədri Əhliman Xıdırov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov açıb.
    Əli Allahverdiyev təlimin tələbələrin cinayət hüququ sahəsinə olan maraqlarının daha da artmasına xidmət etməklə yanaşı, cinayətlərin məhkəməyəqədərki təhqiqatı barədə onlarda zəruri biliklərin formalaşmasına töhfə verəcəyini bildirib.
    Slayd müşayiəti ilə keçilən təlimdə iştirakçılara təqsirsizlik prezumpsiyası, həmin prinsipin tarixi və qanunvericilikdəki yeri barədə geniş məlumat verilib, trаsоlоgiyаnın predmeti, əsaslandığı еlmi müddəаlаr ətraflı izah olunub. 
    Sonda suallar cavablandırılıb, trasoloji ekspertizaların tətbiq edildiyi Robert Şvartz cinayəti barədə “İstintaq təcrübəsi, izin sirri” sənədli filmi nümayiş olunub. 

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2022 19:23