AZ EN RU

Şəhər birinciliyinin qalibləri məlum olub

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində kadetlər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə “Naxçıvan”, “Babək”, “Şərur”, “Kəngərli”, “Turan”, “Levent Bulut”, “Araz” və “Odlar Yurdu” Döyüş klublarından, ümumilikdə, 95 idmançı iştirak edib.
    Açıq birincilik 2 yaş kateqoriyasında 10 çəki dərəcəsi üzrə təşkil olunub. Birinciliyin yekununa əsasən 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında Cəsur Mahmudov (30 kiloqram, Şərur), Uğur Məmmədli (34 kiloqram, Şərur), Əli Nəsrullayev (38 kiloqram, Kəngərli), Miryusif Seyidli (42 kiloqram, Naxçıvan) və Əbülfəz Cəfərov (48 kiloqram, “Turan” Döyüş Klubu) qalib olub. 2012-2013-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə Məhəmməd Qasımov (24 kiloqram, “Turan” Döyüş Klubu), Uğur Nurməmmədli (26 kiloqram, Naxçıvan), Şahin Kazımov (29 kiloqram, Şərur), Ayxan Xəlilli (33 kiloqram, “Levent Bulut” Döyüş Klubu) və Yaqub Hacıyev (38 kiloqram, “Turan” Döyüş Klubu) birinci yerlərə layiq görülüblər.
    Sonda hər yaş qrupunda bütün çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar təltif olunublar.

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 24.10.2022 20:27