AZ EN RU

Sədərək rayonunda rabitə xətlərinin yenilənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir

  Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi bütün sahələrdə olduğu kimi rabitə sahəsinin gələcək inkişafına, hər bir vətəndaşın müasir texnologiyalarından bəhrələnməsinə geniş imkanlar açıb. Rabitə  yeni texnologiyalar sahələrinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu gün ucqar kəndlərdə belə genişmiqyaslı abadlıq-quruculuq tədbirləri görülür, müasir rabitə infrastrukturu yaradılır.

Sədərək rayonunda da əhalinin rabitə xidmətlərinə olan təlabatının ödənilməsi istiqamətində  zəruri işlər görülür. 

Hazırda rayonun Sədərək və Dəmirçi kəndlərində uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri, metal dirəklərlə əvəz olunur, zədələnmiş kabellər yeni kabellərlə əvəzlənir. Bəzi yerlərdə aztutumlu rabitə xətləri çoxtutumlu rabitə xətləri ilə əvəz olunur ki, bu da öz növbəsində istifadəçi sayının artmasına da imkan verir.

Qeyd edək ki, rayonda 2976 nömrə tutumuna malik 4 ədəd müasir Avtomat Telefon Stansiyası sakinlərin tələbatının ödənilməsinə xidmət edir.

Həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə əhatə olunmasına şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası

  Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 16.02.2022 21:17