AZ EN RU

Saxlanılan mallar müvafiq qurumlara təhvil verilib, pirotexniki vasitələr məhv edilib

    Müzəffər Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Mart ayının 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 37 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib. 
    Bu məqsədlə 1130 kiloqram alma, 180 kiloqram qırmızı kələm, 100 kiloqram peçenye, 90 kiloqram konfet, 90 kiloqram düyü, 60 kiloqram xurma, 60 kiloqram kartof, 20 kiloqram fıstıq, 18 kiloqram qarğıdalı çubuğu, 17 kiloqram bal, 10 kiloqram sarıkök Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib. Əlavə olaraq 257 közərmə lampası, 162 ədəd meyvə şirəsi, 100 kiloqram plastik qab, 49 kiloqram qənd, 16 kiloqram soğan, 2,8 kiloqram istiot, 65 qaz pilətəsi, 4 qaz sobası, 2 qaz ocağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna, 2 ton üzlük daş “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, 9 litr alma sirkəsi Heydər Əliyev adına Hərbi Liseyə, 556 dəftərxana ləvazimatı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib.
    Saxlanılan mallardan 8 elektroşok, 7 dəyənək, 3 dəmir qandal, 2 gözyaşardıcı qaz, 75 ov silahı patronu, 4 tapança mərmisi, 300 patron qırması, 22 ədəd ov bıçağı, 1 tapança darağı Daxili İşlər Nazirliyinə, 56 balıq toru Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na təhvil verilib. 
    Muxtar respublikamıza qanunsuz yollarla gətirilməsinə cəhd göstərilərkən saxlanılmış pirotexniki vasitələr isə həmin gün məhv edilib. Qeyd edək ki, gömrük orqanları tərəfindən Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. İnsan sağlamlığına, rahatlığına, ərtaf mühitə dəyə biləcək zərər və ziyanın qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən aşkarlanaraq saxlanılmış, ümumilikdə, 4935 ədəd pirotexniki vasitə yandırılaraq məhv edilib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük 
Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 17.03.2022 19:39