AZ EN RU

Sakinlərlə görüş keçirilib

    Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Baş Sığorta Agentliyinin və yerli icra hakimiyyəti əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib. 

    Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. Əlavə olaraq mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.
    Tədbirdən sonra müvafiq təşkilatların nümayəndələri Şərur rayonu ərazisində verilmiş aktivlərdən nümunəvi istifadə edən sakinlərin təsərrüfatlarına baxış keçirib, vətəndaşlara zəruri tövsiyələr veriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.03.2022 20:33