AZ EN RU

Şahmat üzrə komanda birinciliyi

    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında şahmat üzrə komanda birinciliyi keçirilib.
    Yarışın keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, onların oyun təcrübəsini artırmaq və oyunçular arasında dostluq əlaqələri yaratmaqdan ibarət olub. 
    Sonda yarışın əsasnaməsinə uyğun olaraq toplanılan xallara əsasən qaliblər müəyyənləşdirilib. “Naxçıvan” Universitetinin komandası I, Naxçıvan Dövlət Texniki Kollecinin komandası II, Naxçıvan Müəllimlər İnstitutunun komandası III yerə, digər təhsil müəssisələri isə həvəsləndirici yerlərə layiq görülüb. 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 18:07