AZ EN RU

Qız atletimiz ölkə çempionu olub

    Xaçmaz şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə kross qaçışı üzrə payız çempionatı keçirilib.
    Ölkə çempionatında Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının üç idmançısı iştirak edib. Ümumilikdə, 17 komandanın 200-ə yaxın atletin mübarizə apardığı çempionatda idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, 4000 metr məsafədə mübarizə aparan Aysu Abbasova qalib adını qazanıb. Bu məsafədə çıxış edən Sevinc Əliyeva isə finiş xəttini 4-cü yerdə keçib.
    Sonda qaliblər mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.10.2022 19:45