AZ EN RU

Proqramçılar üçün seminar

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nazirliyin və yerli qurumlarının proqramçıları üçün “Elektron informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.
    “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “INSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı kibertəhlükəsizliyin bu günün texnologiya dünyasında hər kəs üçün zəruri olduğunu vurğulayıb və bildirib ki, bu səbəbdən proqramlaşdırma, veb-saytların hazır­lanması, mobil tətbiqlərin tərtibi, şəbəkələrin və serverlərin qurulması zamanı təhlükəsizlik qaydalarına əməl olunması, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində və istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması tövsiyə olunur. 
    Həmçinin informasiya təhlükəsizliyi üzrə sınaqlar və hücumların tipləri, metodologiyası, təhdidlərin növləri, bu sahədə tətbiq olunan kibertəhlükəsizlik həlləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.
    Seminarın sonunda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.03.2022 20:04