AZ EN RU

Ötən şənbə günü də ekoloji tədbirlər mütəşəkkilliklə davam etdirilib

    Muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. May ayının 7-də də keçirilən ekoloji tədbirlər zamanı Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri fəallıq göstəriblər. Həmin gün ərazilərdə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma işləri görülüb, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb. 
    Şərurlular Sənaye məhəlləsinin ətrafında ağaclara aqrotexniki qulluq göstərib, abadlıq, təmizlik işləri görüblər. Həmin gün park və xiyabanların ətrafında, o cümlədən kənd mərkəzlərinin önündə alaq otları biçilib, bağlarda suvarma işləri görülüb. 
    Babəklilər Naxçıvan-Şahbuz magistral yolunun Xalxal kəndindən keçən hissəsində və Şıxmahmud kəndindəki yaşıllıqlara aqrotexniki qulluq göstərib, ağartma və suvarma işləri aparıb.
   Ordubad rayonunda da mütəşəkkillik müşahidə olunub. Həmin gün Şəhriyar qəsəbə və Xanağa-Pəzməri yolunun kənarlarında, həmçinin Qazi massivində ağaclara aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb.
    Culfa rayonunda da həmin tədbirlər davam etdirilib. Naxçıvan-Culfa-Ordubad magistral yolunun kənarları alaq otlarında təmizlənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
    Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun Qabıllı kəndi hissəsindəki  bağlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, budama və suvarma işləri aparılıb.
    Şahbuzlular Sələsüz və Daylaq kəndlərindəki üzüm bağlarına aqrotexniki qulluq göstəriblər.
    Sədərək rayonunda Dəmirçi-Kərimbəyli yolunun kənarlarında 150 söyüd ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb. Ötən həftəki ekoloji tədbirlərdə 18 min 380 nəfər iştirak edib. 
 

Nəşr edilib : 07.05.2022 20:24