AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 91 yeni eksponat təqdim edilib

    Cari ilin may ayında muxtar respublikanın mədəniyyət müəssisələrində “Şuşa ili”, tarixi və əlamətdar günlərlə, o cümlədən Beynəlxalq Muzeylər Günü və Müstəqillik Günü, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər təşkil edilmiş, sərgilər qurulmuş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitabların müzakirələri davam etdirilmişdir.

    Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur. Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tədbir keçirilmiş, Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur. Həmçinin hesabat ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbiri olmuş, qaliblər nazirliyin diplomları ilə təltif edilmişlər. Eləcə də Naxçıvan Dövlət Uşaq Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında təşkil olunmuş “İstedadlar səhnəsi” yaradıcılıq müsabiqəsi yekunlaşmış, qaliblər mükafatlandırılmışdır.
    Hesabat dövründə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələri üçün kitab müzakirələri keçirilmiş, açıq dərslər təşkil edilmiş, mühazirələr oxunmuş, film nümayişi olmuşdur. Həmçinin Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi təmin edilmişdir.
    Ay  ərzində muxtar respublikanın muzeylərini 48 min 474 yerli, 18 min 665 əcnəbi olmaqla, ümumilikdə, 67 min 139 tamaşaçı ziyarət etmiş, muzeylərə 91 yeni eksponat daxil olmuşdur. Hesabat ayında ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə interaktiv dərs keçilmişdir. Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən ötən ay muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 50 açıq dərs keçilmiş, 23 mühazirə oxunmuşdur. 
    Ötən ay “Mütaliə”, “Kitabxanaçı”, “Kitabxana”, “Oxucu” və “Nağıl” günləri ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 124 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 42 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. May ayında muxtar respublikanın kitabxanalarına 133 adda 186 nüsxə çap məhsulu daxil olmuşdur. Həmçinin bu kitabxanalara bu ilin may ayında 990 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 9 min 270, kitab verilişi isə 48 min 326 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 651 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 32 min 374-ə, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 3 min 873-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 395 lokal, 420 qlobal olmaqla, ümumilikdə, 518 oxucu istifadə etmişdir.
    6, 8 may tarixlərdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə Sədərək və Şahbuz rayonlarında Xalq yaradıcılığı günü çərçivəsində rayon mədəniyyət saraylarının, mədəniyyət evləri və klubların folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır. Naxçıvan Dövlət Film Fondu tərəfindən Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ümumtəhsil məktəblərinin şagirdləri, eləcə də sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün və hamiliklə bağlı, ümumilikdə, 10 film nümayiş olunmuşdur. Həmçinin ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir. Mayın 26-da “Keçmişdən soraq, gələcəyə səsləniş” mövzusunda qısametrajlı filmlər müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar. 
    Ötən ay C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Ş.Perronun “Çəkməli Pişik”, Naxçıvan Dövlət Uşaq Teatrında isə C.Məmmədquluzadənin “Saqqallı uşaq” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Bundan başqa, may ayında Naxçıvan Dövlət Milli Dram Teatrı muxtar respublikanın Şərur, Babək, Kəngərli rayonlarında “Ana” və “Teleskop” tamaşaları ilə qastrol səfərlərində olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri hesabat ayında muxtar respublikada keçirilən tədbirlərdə konsert proqramları ilə çıxışlar etmişlər.
    Ötən ay nazirliyin Gənclər Təşkilatının üzvləri arasında kitab müzakirələri olmuş, gənclər üçün Ordubad rayonunun Dırnıs kəndində Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir təşkil edilmişdir. 

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 20:14