AZ EN RU

Ordubad rayonunda istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın turistik mərkəzlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir. Belə sərgi-satışların ilki Ordubad rayonunun geniş turizm imkanlarına malik Anaqut kəndindəki “Xan Çinar” İstirahət Mərkəzində təşkil olunub. Məqsəd muxtar respublikada qəbul edilmiş əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramının icrası istiqamətində həyata keçirilən işlərə töhfə vermək, çoxəsrlik milli-mənəvi dəyərlərimizin, xalq tətbiqi sənət nümunələrinin yaşadılması və təbliğ edilməsidir.
    Səyyar sərgi-satışda, ümumilikdə, 17 müəllifin 1500-ə yaxın əl işi sərgilənib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2022 20:42