AZ EN RU

Növbəti interaktiv dərs

    Naxçıvan Şahmat Mərkəzində “Qapalı  debütlər haqqında məlumat” mövzusunda növbəti interaktiv dərs keçilib. Beynəlxalq dərəcəli hakim Emin Hacıyev mövzu haqqında ətraflı məlumat verib.
    İnteraktiv dərsdə qapalı debütlərə aid oyunlar da təhlil olunub. Qeyd edək ki, interaktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. 
    Saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə  beynəlxalq usta Fikrət Sideifzadə vəzir qambiti haqqında məlumat verib. Dərsdə  debütə aid oyunlar nümayiş olunub, oyunların  təhlili aparılıb.
    İnteraktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 16.03.2022 20:15