AZ EN RU

Naxçıvanda AFFA-nın uşaq futbol liqaları və “Koka-Kola Məktəbli Kuboku”nun mərhələ yarışları keçirilir

    Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi, klublarda hazırlanması və yığma komandalara cəlb olunması məqsədilə keçirilən turnirlərə bu gün start verilib. Gün ərzində “U-14 Liqası”nda ¼ final mərhələsinin qarşılaşmaları və “Koka-Kola Məktəbli Kuboku”nun ilk oyunu reallaşıb. Növbəti günlərdən etibarən “U-13”, “U-12”, “U-11” və “U-10” liqaları da start götürəcək. 
    Qeyd edək ki, reqlamentə uyğun olaraq turnirlər pley-off əsasında keçirilir və muxtar respublika üzrə qalib komandalar müvafiq liqaların final mərhələsinə vəsiqə əldə edəcək. Final mərhələləri Bakı şəhərində təşkil olunacaq.   

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 18:50