AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir

    Liseyə şagird qəbulu 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdlər arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil;
    - valideynin ərizəsi;
    - təhsil aldığı məktəbdən arayış;
    - sağlamlıq haqqında arayış.
    Sənədlər 4 mart 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir.
    Müsabiqə 14 may 2022-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə,             7 fəndən 100 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Şərur Şəhər Fizika-Riyaziyyat 
Təmayüllü Lisey, Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrəsi: (036) 542-30-76

Nəşr edilib : 02.03.2022 19:29