AZ EN RU

Muxtar respublikada may ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb

    Muxtar respublikada iqtisadiyyatın davamlı inkişafı, həmçinin sığorta-pensiya sisteminin düzgün qurulması nəticəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb və bunun nəticəsində pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtından əvvəl maliyyələşdirilməsinə şərait yaranıb. Fond tərəfindən hər ay olduğu kimi, may ayında da bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Bundan başqa, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib. Pensiya ödənişi ilə yanaşı, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılıb.
    Hazırda tətbiq olunan pensiya sistemi fərdi uçot əsasında, sosial sığorta prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Fərdi uçotun tətbiqi ilə bütün işləyən vətəndaşları əhatə edən sığorta-pensiya sisteminin formalaşdırılmasına nail olunub. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 06.05.2022 22:36