AZ EN RU

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

    Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər dekabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 98 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. 
    Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 415 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 186-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
    Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 229 müraciətin icrası təmin olunmuş, həmin müraciətlərdən 62-si elektron poçt üzərindən qəbul edilmişdir.
    Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 20:03