Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri muxtar respublikanın orta məktəb şagirdləri arasında vərəm xəstəliyinin erkən aşkarlanması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbdə olmuş, IX-X-XI sinif şagirdlərindən 244-ü flüoroqrafiya müayinəsindən keçmişdir. Uşaqlar arasında 14 şagirddə döşdaxili limfa düyünlərinin böyüməsi, 8 şagirddə bronxit, 1 şagirddə isə ürək konfiqurasiya dəyişiklikləri aşkar edilmişdir.
Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə də olmuş, IX-X-XI sinif şagirdlərindən 149 nəfər flüoroqrafiya müayinəsindən keçmişdir. Uşaqlar arasında 12 şagirddə döşdaxili limfa düyünlərinin böyüməsi diaqnozu aşkar edilmişdir. Şagirdlər daha ətraflı müayinədən keçmək üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşlar.
Məktəblərdə şagirdlər arasında maarifləndirici söhbətlər də aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti