AZ EN RU

Kikboksinqçimizdən qızıl medal

    Bakıda kikboksinq üzrə peşəkar turnir keçirilib. Turnir çərçivəsində uşaqlar, yeniyetmələr, kadetlər, gənclər, qızlar və kişilər arasında qaliblər bəlli olub. 
    Naxçıvan Kikboksinq Federasiyası Şərur rayon bölməsinin idmançısı Zeynalabdin Musayev yarışda K1 versiyası üzrə döyüşlər keçirib. 2006-2007-ci il təvəllüdlü idmançılarla qələbə uğrunda mübarizə aparan təmsilçimiz görüşdüyü bütün rəqiblərini məğlub edərək 75 kiloqram çəki dərəcəsinin qalibi olub. İdmançı diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.11.2022 19:30