AZ EN RU

İlk xammalın qəbuluna başlanılıb

    Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərməsi nəzərdə tutulmuş emal və istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yağ istehsalı zavodudur. Məlumat üçün bildirək ki, burada günəbaxan və qarğıdalı bitkilərinin emalı həyata keçiriləcək.  Bu müəssisəni xammalla təchiz etmək üçün rayonda 68 hektar sahədə günəbaxan əkilib. Ən böyük əkin sahəsi Düdəngə kənd sakini Mübariz Şirəliyevə məxsusdur. O, 22,5 hektar sahəni günəbaxan üçün ayırıb. Zeyvə kənd sakini Kamil İsmayılov isə 10 hektar sahədə günəbaxan yetişdirib. Artıq rayonda günəbaxan məhsulunun tədarükünə və “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yağ istehsalı zavodunda qəbuluna başlanılıb. İlk gün Şərur rayonu üzrə 15 tona yaxın məhsul qəbul olunub. Muxtar respublikanın digər bölgələrindən də məhsul qəbulu davam edir. 
    Öz məhsulunu zavoda təhvil vermək istəyən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları, sahibkarlar üçün müəssisədə hərtərəfli şərait yaradılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.09.2022 20:03