AZ EN RU

İkigünlük təlimə yekun vurulub

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı  təlimə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti, Naxçıvan Muxtar Respublikası Hesablama Palatası, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər təşkilatlardan 23 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. 
    Mərkəzin direktoru Mehriban İmanova mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. 
    Təlimin ilk günü Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Cavid Ələkbərov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktik izahı” modulu ətrafında çıxış edərək müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında  qeyd olunmasının elmi əsasları izah edilib. 
    Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında mobil bankçılıqla köçürmələrin yaradılması, əməkhaqqının ödənilməsi,  təşkilatların muzdlu ödəmə mənbəyindən tutulan vergi və sosial sığorta haqlarına edilən güzəştlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin vergiyə cəlb olunması haqqında geniş məlumat verib, müvafiq praktik tapşırıqlar yerinə yetirilib.
    Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.07.2022 20:23