AZ EN RU

II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

    Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 21-də III, mayın 22-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.
    İmtahanlar respublikanın 17 şəhər və rayonunda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə, 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi-müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi cəlb edilib. İmtahanlarda, ümumilikdə, 44 min 399 abituriyent iştirak edib.
    Naxçıvan Muxtar Respublikasında mayın 21-də III ixtisas qrupu üzrə imtahan Naxçıvan şəhəri 5, 11, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəb binalarında təşkil edilib və 979 abituriyentin iştirakı təmin olunub. 79 zalda keçirilən imtahanın aparılmasına 12 rəhbər, 103 nəzarətçi cəlb edilib. 
    Mayın 22-də II ixtisas qrupu üzrə imtahan  isə Naxçıvan şəhər 11, 14, 15, 17 nömrəli tam orta məktəb binalarında, 80 zalda keçirilib. 983 nəfərin iştirak etdiyi imtahana 12 rəhbər, 104 nəzarətçi ayrılıb. İmtahanlar 1100-da başlanıb və 3 saat davam edib.
    Nəticələr yaxın vaxtlarda açıqlanacaq. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.05.2022 20:58