AZ EN RU

Gənc əməkdaşlarımız təcrübə mübadiləsində

    Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının Katibliyi üzv və müşahidəçi dövlətlərin 1-ci Çoxtərəfli Gənclik Mübadilə Proqramı (14-21 avqust) başa çatıb. Sədərək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Fizuli Məhəmməd də Azərbaycan nümayəndə heyətinin tərkibində mübadilə proqramına qoşulub.
    Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən nümayəndə heyətləri proqram çərçivəsində İstanbul və Ankaranın mədəni, tarixi və təbiət yerlərinə səfərlər, gənclər mərkəzlərinə, universitetlərə ziyarətlər, könüllülük fəaliyyətləri, milli təqdimatlar, gənclərlə iş sahəsində fəaliyyət göstərən səlahiyyətli şəxslərlə görüşlər keçiriblər. 
    Proqramın məqsədi ortaq dilimiz, tariximiz, mədəniyyətimiz və sivilizasiyamız haqqında gəncləri maarifləndirmək, onları gələcəyə ümumi baxışda bir araya gətirmək, dünya və cəmiyyət problemlərinə həssaslıqla yanaşan gənc liderlərin yetişdirilməsinə dəstək olmaq, ölkələr və cəmiyyətlər arasındakı münasibətləri inkişaf etdirmək, mövcud dostluq əlaqələrini gücləndirmək, gənclər arasında komanda ruhunu inkişaf etdirmək, onlar arasında ünsiyyət şəbəkələri və platformalar yaratmaqdan ibarət olub.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.08.2022 18:52