AZ EN RU

“Gələcək üçün maliyyə” mövzusunda təlim

    Ordubad rayonu gənc­lərinin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda təlim təşkil edilib. 
   Təlim başlanmazdan əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Səfərli iştirakçılara uğurlar arzulayıb. Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. 
    Sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov büdcənin düzgün şəkildə idarə edilməsi, yığım və investisiyanın əhəmiyyəti haqqında ətraflı məlumat verib, təlimlə bağlı hazırlanmış suallar əsasında  intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. 

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2022 20:06