AZ EN RU

Ərdoğan: “Çavuşoğlu Rusiyadan sonra Ukraynaya gedəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya, cümə axşamı isə Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonraki açıqlaması zamanı deyib.

O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxımından çox önəmli idi.

Nəşr edilib : 16.03.2022 11:38