AZ EN RU

Elektrik enerjisinin Zəngəzur dəhlizi ilə ötürülməsi barədə müzakirələr aparılıb

Azərbaycan-Türkiyə İkinci Enerji Forumunda elektrik enerjisinin Zəngəzur dəhlizi ilə ötürülməsi barədə müzakirələr aparılıb.

Bu barədə Pərviz Şahbazov məlumat verib.

“Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik ixracı, Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ötürülməsi, eləcə də TPAO və BOTAŞ-la əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr apardıq”,- deyə Pərviz Şahbazov bildirib.

Nəşr edilib : 06.10.2022 17:30