AZ EN RU

Ekoloji monitorinq və dezinfeksiya işləri aparılıb

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyi tərəfindən növbəti monitorinq Arpaçay Su Anbarı və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksində keçirilib. Nazirliyin əməkdaşları su anbarından nümunələr götürüb, müasir fotofleks aparatı vasitəsilə ilkin analizlər aparıblar.  Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları isə təlimata uyğun olaraq su anbarı ərazisində əhəngli-xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar.
    Anbardakı nizamlayıcı qurğuların və kompleksi su ilə təmin edən boruların ətrafları dərmanlanıb. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ərazisi, buradakı sanitar qovşaqlar, yardımçı otaqlar, həmçinin kompleksə məxsus iş otaqları və mətbəx hissə dezinfeksiya edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.03.2022 20:19