AZ EN RU

“Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası gücləndirilir

    Muxtar respublikamızda həyata keçirilən geniş tikinti-quruculuq tədbirlərindən və əlverişli biznes mühitindən bəhrələnərək  fəaliyyətə başlayan  “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sahənin inkişafında yaxından iştirak edir. Hazırda cəmiyyətin tərkibində tikinti tamamlama, maşın mexanizmləri, beton zavodu kimi sahələr fəaliyyət göstərir. Muxtar respublikada inşaat sektorunda  tələbatların  ödənilməsində bu  müəssisənin rolu böyükdür.
    “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Beton Məmulatları İstehsalı Zavodu 2013-cü ildə yerli tikinti materiallarına artan tələbatın ödənilməsi məqsədilə yaradılıb. Zavod müasir texnoloji avadanlıqlarla, o cümlədən Türkiyənin qabaqcıl təcrübəyə malik “Pİ Makina” şirkətinin istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunub. Burada məsafədən idarə edilən 5 tonluq körpü-kran, avtomatik qapılar quraşdırılıb, həmçinin 17 ağırtonnajlı yük avtomobili, 12 mikser və 4 digər iş texnikasından istifadə olunur. Hazırda istehsal gücü saatda 120 kubmert olan müəssisədə 7 çeşiddə beton məmulatları, istehsal gücü saatda 150 kubmetr olan          4 çeşiddə daşqırma və qumələmə məmulatları istehsal edilir. 
    Yerli xammaldan istifadə olunan müəssisədə maşın-mexanizmlərə texniki xidmətin təşkili və onların istismar müddətinin uzadılması da diqqət mərkəzində saxlanılır. Daxili tələbatı nəzərə alaraq işin keyfiyyətini yüksəltmək, uğurlu nəticələrin davamlılığını artırmaq məqsədilə müəssisəyə Türkiyə istehsalı olan 3 yeni “CAT 432” markalı maşın-texnika da gətirilib. Bu texnikalar  muxtar respublikada  içməli su şəbəkəsi və kanalizasiya sistemlərinin çəkilişində istifadə olunacaqdır.

“Cahan Holdinq” Kommersiya 
Şirkətlər İttifaqının mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 21:15