AZ EN RU

Boksçularımızdan bürünc medal

    Martın 8-də yeniyetmə boksçular arasında start götürən Azərbaycan birinciliyinə yekun vurulub. Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 63 komandanın 327 boksçusu gücünü yoxlayıb. 7 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 6 yetirməsi də mübarizə aparıb.
    Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayevin də izlədiyi ölkə birinciliyində idmançılarımız iki bürünc medal əldə ediblər. Belə ki, 52 kiloqram çəki dərəcəsində Elbrus Kərimli və 80 kiloqram çəki dərəcəsində Kənan Allahverdiyev Azərbaycan birinciliyini üçüncü pillədə başa vurublar.
    Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.03.2022 19:27