AZ EN RU

Ordubad rayonunun Kələki kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

Müstəqillik illərində muxtar respublikada ulu öndərin arzuları reallığa çevrilib. Bu gün muxtar respublikanın paytaxtı ilə yanaşı, bütün rayonları özünün yeni inkişaf dövrünü yaşayır. Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərinin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun abadlaşdırılan yaşayış məntəqələrindən biri də Kələkidir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan kənddə insanların rahatlığına xidmət edən kompleks quruculuq tədbirləri görülmüşdür.

Nəşr edilib : 24.11.2022 17:47