AZ EN RU

Növbəti səyyar flüoroqrafik müayinələr Şahbuz rayonunda aparılıb

    Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası qrafikə uyğun olaraq Şahbuz rayonunda flüoroqrafik müayinələr aparıb. Vərəm xəstəliyinin erkən aşkarlanması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə həyata keçirilən müayinələrin davamı Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri üçün tətbiq edilib. Bu məqsədlə dispanserin həkim briqadası səyyar flüoroqrafiya ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında olub.
    Dekabrın 21-nə olan nəticələrə görə, rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən 84-ü flüoroqrafiya müayinəsindən keçirilmiş, onlardan 12-də döşdaxili limfa düyünlərinin böyüməsi şübhəsi aşkar edilmişdir. 
    Müayinə zamanı xəstəliyə şübhəli olan məktəblilər daha ətraflı müayinədən keçmək üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşlar. Bu zaman dispanserin mütəxəssis həkimləri tərəfindən məktəblilər arasında maarifləndirici söhbətlər aparılmışdır.
    Məlumat üçün bildirək ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən hazırlanmış qrafik üzrə dekabrın 21-də start verilən səyyar flüoroqrafik müayinələr dekabrın 26-na kimi davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.12.2022 19:14