AZ EN RU

Naxçıvan Novruz Şəhərciyində əsl bayram alış-verişi olacaq!

Novruz bazarında Novruz şirniyyatlarından milli təamlara, milli süvenirlərdən Naxçıvan istehsalı məhsullara, kənd məhsullarından fastfood-lara qədər hər şeyin alış-verişi olacaq.
Şəhərcik 19-26 mart tarixlərində "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində, saat 10:00-dan 22:00-a qədər keçiriləcək.
Naxçıvan MR rayonlarından Novruz şəhərciyinə bir saatdan bir pulsuz nəqliyyat xidməti fəaliyyət göstərəcək.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 13.03.2023 15:12