AZ EN RU

Müharibə veteranları, şəhid ailələri və qazilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyatı, fəaliyyəti, zəngin dövlətçilik tariximiz, bütövlükdə Heydər Əliyev irsinin təbliği ilə bağlı Naxçıvan Muxtar Respublikasında da müntəzəm tədbirlər təşkil olunur.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının kollektivi, şəhid ailələri, eləcə də I və II Qarabağ müharibəsinin iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeydə iştirakçılara Ümummilli Liderin zəngin dövlətçilik fəaliyyətindən bəhs edilib, ekspozisiya ilə bağlı məlumatlar diqqətə çatdırıb. Qeyd olunub ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, şərəfli həyat yolunu özündə əks etdirir.

İştirakçılar muzey əməkdaşının bələdçiliyi ilə ekspozisiya ilə yaxından tanış olublar.

 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 19.04.2023 17:52