AZ EN RU

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tamaşa nümayiş etdirib

Aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Mədəniyyət və ictimaiyyət nümayəndələri, rayonun idarə və təşkilatlarının əməkdaşları tərəfindən izlənən tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının  Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmovdur.

Səhnə əsərində  aktyorlardan Nadir Məhərrəmovun(Məmmədhüseyn), Süqarə Mirzəlinin(Nəzakət), Nağı Əlisoyun(Oğru), Pınar Bilalovanın(Musya), Davud Məmmədovun(Xankişi), Günəş Ağayevanın ( Tükəzban) canlandırdığı obrazlar alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1964-cü ildə yaradılan Ordubad Rayon Xalq Teatrı  hər il  maraqlı tamaşalarla teatrsevərlərin qarşısına çıxır. Ölkənin bir çox teatrları tərəfindən tamaşaya qoyulan “Oğru”əsəri teatrın repertuarına bu ildən salınıb.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.04.2023 14:18