AZ EN RU

“Kardiologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək bildirib ki, günümüzdə ürək-damar xəstəlikləri dünyada ölümün və sağlamlıq imkanları məhdudluğun əsas səbəblərindən biri sayılır. Bu xəstəliklər səbəbindən hər il yer üzündə 17 milyondan çox insan dünyasını dəyişir. Buna görə də kardiologiyanın inkişafı müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir. 
    Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd bu sahədə çalışan kardioloqların elmi biliklərini və praktik vərdişlərini artırmaq, günümüzdə ürək-damar xəstəliklərinin diaqnostikası və profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri qarşılıqlı müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.
    Konfransda Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin baş həkimi Ramin Hacıyev, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim-kardioloqu Arif Cavadov, Bakı şəhərində fəaliyyət göstərən “Medipoint” klinikasının həkim-kardioloqu Elvira Babaşova və digərləri kardiologiya sahəsindəki aktual problemlər və elmi yeniliklərlə bağlı məruzələr ediblər.
    Konfrans çərçivəsində interaktiv diskussiyalar aparılıb, suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.12.2022 20:00