AZ EN RU

Canlı yayımda halı pisləşən Ərdoğanın son durumu açıqlanıb

“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: “Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Nəşr edilib : 26.04.2023 14:27