AZ EN RU

Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi iki növbəli tədrisə keçir

Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi iki növbəli tədrisə keçir.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, bunlar Dəmir yolu və metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM), Emal sənayesi üzrə BDPTM, Texnika və texnologiyalar üzrə BDPTM, Turizm və sosial xidmətlər üzrə BDPTM, Sənaye və innovasiyalar üzrə BDPTM, Rabitə və informasiya texnologiyaları üzrə BDPTM, Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM, İctimai iaşə və xidmət üzrə BDPTM, Aviasiya və avtomobil nəqliyyatı üzrə BDPTM-dir.

Nəşr edilib : 29.07.2024 11:35