AZ EN RU

"Yeni Klinika”ya qaraciyər və böyrək köçürülməsi icazəsi verilib

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya “Yeni Klinika” publik hüquqi şəxs əlavə olunub.

Qərarla klinika qaraciyər və böyrəklərin transplantasiyasını həyata keçirə biləcək.

Nəşr edilib : 15.07.2024 16:18