Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar xüsusi kateqoriyadan olan uşaqların (valideyn himayəsindən məhrum və bir valideynini itirmiş, eləcə də çoxuşaqlı ailələrdən olan) iştirak etdiyi "Yay məktəbi"ndə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən intellektual oyunlar təşkil olunub, viktorinalar keçirilib. Viktorinada vətənimizin tarixi keçmişi, şanlı hərb tariximiz, xalqımızın dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlər və digər mövzularda ünvanlanan suallara uşaqlar həvəslə cavab verməyə çalışıblar.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti