AZ EN RU

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində aksiya keçirilib

Ətraf mühit problemlərinin aradan qaldırılmasında normativ və institusional tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
Bu mühüm məsələyə diqqəti yönəltmək və  Naxçıvan şəhəri ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən "Təmiz və abad şəhər" devizi altında kütləvi təmizlik aksiyası təşkil edilib.
Naxçıvan şəhər qəbiristanlığı, Əliabad qəbiristanlığı, Xətai məhəlləsi qəbiristanlığı və digər qəbiristanlıqlarda həyata keçirilən və eyni zamanda mənəvi əhəmiyyət daşıyan aksiyada İcra hakimiyyətinin, tabeli qurumlarının, bələdiyyələrin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili"ndə bu kimi aksiyaların müntəzəm olaraq təşkili nəzərdə tutulub.

Nəşr edilib : 10.08.2024 14:37