AZ EN RU

YAP-ın səlahiyyətli nümayəndələri MSK-da qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçirilən iclasında Yeni Azərbaycan Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

İclasda YAP-ın 77 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Nəşr edilib : 06.07.2024 17:04