AZ EN RU

Yalçın Rəfiyev Hindistan rəsmisi ilə COP29-u müzakirə edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Ətraf Mühit, Meşə Təsərrüfatı və İqlim Nazirliyinin katibi Leena Nandan ilə görüş keçirib.

Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində COP29-la bağlı müzakirələr aparıblar.

Nəşr edilib : 03.04.2024 15:59