AZ EN RU

Xocavənddə təlim zamanı xəsarət alan hərbçi xəstəxanada vəfat edib

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyi Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu silahı ilə ehtiyatsız davranması nəticəsində aldığı xəsarətdən vəfat edib.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə 21 yaşlı MAXE Xanlar Əhmədov təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün vəfat edib.

Araşdırma aparılır.

Nəşr edilib : 11.07.2024 17:35