AZ EN RU

XİN-in kollektivi peşə bayramı ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar iyulun 8-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Nəşr edilib : 08.07.2024 12:18