AZ EN RU

XİN: Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub

Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.

“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.

Nəşr edilib : 24.07.2024 15:12